“Oğlum “anam güclüdür, ona iş versəniz, peşman olmayacaqsız” demişdi”

oglum-anam-gucludur-ona-is-verseniz-pesman-olmayacaqsiz-demisdi
Oxunma sayı: 7701

“Amerikada “recession” (resessiya- iqtisadi böhran – red.) gözlənilir. İnsanlar iş yerlərini itirə bilər. Hətta itirirlər də. Son günlərdə böyük TECH kompaniyaları işçilərini buraxır. İş yerinin itirilməsi digər sahədə də insanlara təsir edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu hazırda ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, hazırda yeni ev alanlar evlərini itirə bilər, banklarda pul ehtiyatı azalır, bizneslər bağlanılır, qida bahalaşır: ““Recession” yanvarda gələcək” demişdilər. Tam gəlməsə də, mən izlərini görürəm. Ev faizləri oynayır, iş yerləri azalır… Səbəb bəlli olmasa da, COVID-dən sonrakı dalğa kimi də görünür. Təbii, bura Amerikadır, insanlar işsizlik müavinəti alacaqlar, amma onunla da olmaz, həyat yürüməz. Qoca Baydeni heç sevmirəm. Ölkəni heç idarə edə bilmir. Bu ölkəyə cavan, enerjili, açıqdüşüncəli bir Prezident lazımdır.

Bütün bunlara rəğmən mən bu həftə iş yerimdə namizədlərin iş müsabibəsində iştirak etdim. Amerikada mənim üçün bir ilk idi. İşə götürmək də məsuliyyət imiş… Özümü xatırladım, Amerikada 2017-ci ilin avqustunda ilk iş müsahibəsinə uşaqlarla getmişdim (uşaqları qoymağa yerim yox idi). Ceyhun müsahibənin ortasında “mənim anam güclüdür, ona iş versəniz, peşman olmayacaqsız” demişdi.

Bu gün müsahibə etdiyimiz qız ukraynalı idi. Uşaqlarını götürüb Amerikaya sığınmışdı. Qız sonda belə bir ifadə işlətdi ki, “Həyatda yoluma yaxşı və pis insanlar çıxıb, inanıram siz o yaxşı insanlardansız. Məni komandaya alsanız, peşman olmayacaqsız”. Eh, bu gün...

Şəms Təbrizi demiş alt-üst oldum! Allah yolumuza doğru, yalansız, dostunu, yoldaşını, doğmasını aldatmayan, sözünə və əməlinə hakim insanlar çıxartsın. Hər halda, bu tənəzzül Bakıda da yaşanır və yaşanacaq. Orada etiraf edilməsə də, bu yaşanacaq…”