“Oğlum avtomat tapıb, aparıb ki, satsın...” - Əməkdar artist

oglum-avtomat-tapib-aparib-ki-satsin-
Oxunma sayı: 6194

Əməkdar artist, aktyor Rəhman Rəhmanov ATV-nin efirində yayımlanan “Bizimləsən” verilişində oğlunun həbs olunması ilə bağlı hadisəyə aydınlıq gətirib.

“Qafqazinfo” atv.az-a istinadən xəbər verir ki, aktyor bunları deyib: “Oğlum həbs olunsa da, mən oğlumdan imtina etməmişəm. Müstəntiqin yanından indi gəlirəm. Düzdür, oğlum həbs ediblər, 3 ay həbs müddəti qoyublar.

Emillə 3-4 aydır ki, danışmırdım. O, spirtli içki aludəçisidir. Elə insanlar var ki, bədəni spitli içkini götürmür.

Emil də 200 qram içdikdən sonra dava yaradırdı. Ona görə ondan üz döndərmişdim.

Mənə dedilər ki, bir sökük evdən avtomat tapıb. Həmin zaman çox içkili olub. Aparıb ki, gizlətsin və sonra satsın. Bu zaman polislər saxlayıb, bölməyə aparıblar.

Həbsi eşidən kimi dedim ki, o mənim, ailəmin adını ləkələyib. Mən ondan imtina edirəm, o düzələnə kimi... Emil üçün hər şey etmişəm. Mən indi ürək dərmanı atdım, amma bilmirəm bundan sonrası necə olacaq".