“Oğlum evlənir”

oglum-evlenir
Oxunma sayı: 2755


“Bu gün təqdim etdiyim mahnı Samir Vidaya məxsusdur. Bəstəyə ilk dəfə qulaq asan kimi bəyəndim. Mahnını oxuyan zaman isə qəribə hislər keçirdim. Elə bildim ki, sanki oğlumun toyunda oxuyuram. Hər bir valideynin arzusudur ki, övlad toyu görsün. Allah hamının balasını saxlasın. Bildiyiniz kimi mənim də iki oğlum var. İstəyirəm ki, Allah ömür versin ki, iki oğlumun toyunu görüm. Valideyn kimi öz üzərimə düşən nə varsa onlar üçün etmişəm. Bundan sonrada etməyə hazıram. Hazırda böyük oğlum xarici ölkədə təhsil alır, bir neçə il sonra isə ailə qurmaq barədə düşünəcək. Mən də istəyirəm ki, oğlum evlənsin, nəvəm olsun. Düşünürəm ki, bu çox gözəl hislərdir”. 

Qeyd edək ki, bu N.Qafarzadənin Samir Vida ilə ilk işbirliyi deyil. Belə ki, N.Qafarzadə müğənni Ayan Babakişiyeva ilə birlikdə Samirin bəstəsi olan “Sənin üçün” mahnısını ifa edib. Həmin bəstə isə 2014-ci ildə Azərbaycanlı müğənnilər arasında sosial şəbəkədə ən çox baxış sayı yığan duet olub.