“Oğlum təsvir olunduğu kimi canavar deyil...”

oglum-tesvir-olundugu-kimi-canavar-deyil
Oxunma sayı: 3391

İnsan alverində ittiham olunan “Pi Diddi” ləqəbli məşhur reper Şon Con Kombsun anası Cenis Smolls oğlu ilə bağlı qalmaqal haqqında ilk dəfə danışıb.

“Qafqazinfo” xəbər verir ki, reperin 84 yaşlı anası “Page six” nəşrinə açıqlamasında oğlunun haqsız yerə həbs edildiyini bildirib.

“Oğlum Şon Kombsa qarşı irəli sürülən ittihamlardan məyus olan və dərindən kədərlənən bir ana kimi bildirirəm. Ürəyim parçalanır ki, oğlumu həqiqətə görə yox, yalandan yayılan məlumatlara görə mühakimə edirlər. Oğlumun təqsirsizliyini sübuta yetirmək fürsəti əldə etmədən ona qarşı ictimai tənqid kimi görünən hadisəyə baxmaq, sözlə ifadə edilə bilməyəcək qədər ağırdır.

O, hamımız kimi keçmişdə səhvlər edib. Oğlum hər mövzuda haqlı deyil. Məsələn, hotelin təhlükəsizlik görüntülərində yer alan onun keçmiş sevgilisinə qarşı zorakılığı inkar etmək olmaz. Bəzən həqiqət və yalan o qədər bir-birinə qarışır ki, hekayənin bir hissəsini etiraf etmək qorxulu olur. Ona atılan bu saxta ittihamlar ədalətə nail olmaq üçün deyil, pul qazanmaq istəyindən irəli gəlir. Onlar oğlumu yalandan ittiham etməklə tez qazanc əldə edə biləcəklərini düşünürlər”, - Smolls əlavə edib.

O, oğlunun ünvanına səsləndirilən ittihamların ədalətsiz olduğunu bildirib: “Oğlumun həyatının gözümün qabağında məhv olmasını, insanların zarafatları və gülüşü fonunda izləmək heç vaxt unuda bilməyəcəyim bir şeydir. Bu ədalətsizlik bizim ailəmiz üçün dözülməzdir. Oğlum təsvir olunduğu kimi canavar deyil. Mən yalnız o, öz həqiqətini söyləyəcəyi və haqlı çıxacağı anı görmək üçün yaşayıram”.

Qeyd edək ki, 54 yaşlı “Pi Diddi” insan alveri iddiaları ilə bağlı davam edən cinayət istintaqı çərçivəsində sentyabrın ortalarında Nyu-Yorkda həbs edilib.