"Qafqazinfo" xəbər verir ki, Lamiyə müsahibəsində oğlunu süni mayalanma ilə dünyaya gətirmədiyini bildirib. O qeyd edib ki, məhkum Rəsulov Elnur Məmmədrəsul oğlu ilə görüşüb və uşağın atası da odur: "Bunlar boş sözlərdir. Elə bir şey mümkün olsaydı bütün qadın məhkumlar ana olardı. Mən nə laborantam, nə də professoram ki, elə bir şeyə əl atım. Sadəcə olaraq biz danışdıq və görüşdük. Bizə şərait yaradıldı və görüşdük. Düzü bilmirdim ki, ana olacam. Amma o, məqsədlə görüşdük ki, mən ana ola bilim. Bəlkə də o, ailəlidir, övladı var və ailəsini qorumaq üçün, ya da bizim görüşümüzə şərait yaradan adamı satmamaq üçün belə deyir. Bunlar iyrənc söhbətlərdir".
Həmin müsahibəni təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər