“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, ötən ilin iyunun 25-də piyadanı vuran Nofəl Məmmədova hökm oxunub.
Hadisə zamanı N.Məmmədov “İveco” markalı avtomobillə piyada Loğman Məmmədovu vurub. L.Məmmədov xəstəxanaya yerləşdirilib və orada vəfat edib.
Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirli bilinən 1986-cı il təvəllüdlü Nofəl Məmmədova 1 il sürücülük hüququndan məhrum etmə və 7 il azadlıqdan məhrum etmə cəzası verilib.
Hökm oxunarkən N.Məmmədovun anası məhkəmə zalında huşunu itirib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər