Oğluna görə saxlanılan ata sərbəst buraxıldı - Atışma olayı

ogluna-gore-saxlanilan-ata-serbest-buraxildi-
Oxunma sayı: 2016

Bakıda bir neçə gün öncə “Bulaq” restoranında baş verən atışmaya görə axtarışda olan Samir Allahyarovun atası saxlanılmışdı.

Qafqazinfo”nun verdiyi xəbərə görə, vəkil Elçin Sadıqov bildirib ki, bu gün S.Allahyarovun atası Rafiq Allahyarov saxlanıldığı Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindən sərbəst buraxılıb. O, bildirib ki, R.Allahyarov orada 4 gün qanunsuz olaraq saxlanılıb.

Qeyd edək ki, aaprelin 21-də paytaxtın Səbail rayonu ərazisində Bakı şəhər sakinləri Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub, hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb. Hadisə ilə bağlı ittiham olunan Samir Allahyarov isə axtarışa verilib. Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən CM-in 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.

Murad Əhməd