Hollivudunn ən seksual qadınlarından biri Cenifer Lopez hesab olunur.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, pop ulduz sosial şəbəkələrdə cazibədar fotolar paylaşır, səhnədə cəsarətli geyimlərdən istifadə edir.
Ancaq bundan 47 yaşlı Lopezin oğlu Maximilian narahat olmağa başlayıb. Anasının konsert şousunu TV-də izləyən
Maximilian anasına qapalı geyinməsini tövsiyyə edib:
“Səhnədə niyə şalvar geyinmirsən? Mütləq bu tərzdə geyinmək məcburiyyətindəsən? Məncə artıq şalvar geyinməyinin vaxtıdır”.
Lopez 9 yaşlı oğluna “Mən bir şou xanımıyam” cavabını verib və bu mövzuda rəfiqələri ilə müzakirə aparıb.
Cenifer onlara bir qədər qapalı geyinəcəyini söyləyib.





Son xəbərlər
Son Xəbərlər