Əməkdar artist Rəhman Rəhman oğlunun 27 yaşında olarkən vəfat etməsinin səbəbini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Bizimləsən” verilişində danışıb:
“Bir yoldaşım var - Güli Rəhmanova. 28 il əvvəl ilk həyat yoldaşımdan rəsmi boşanmışam və ikinci dəfə evlənmişəm. İkinci ailəmdən övladım yoxdur. Dörd övladım var idi, biri 27 yaşında dünyasını dəyişdi.
Evləndirdim, qəşəng toy etdim. Faciəvi şəkildə vəfat etdi. İkinci mərtəbədən yıxıldı. Evdə təmir gedirdi, yıxıldı yerdə daş var idi, beyninə girdi, sümüyü sındırdı və şah damarı kəsdi. Onu saxlaya bilmədilər. Hadisə 2004-cü ildə olub. 17 ildir bilirəm ki, bala dağı nə deməkdir. Onun xanımı mənim gəlinim yox, qızımdır. Dedik ki, ailə qur, getmir ərə”.
Son xəbərlər
Son Xəbərlər