Oğlunun dəfnini telefonla izlədi

oglunun-defnini-telefonla-izledi
Oxunma sayı: 4278

Ankarada dünən baş verən bıçaqlamada həyatını itirən 29 yaşlı İsmail Tamsezerin cənazəsi bu gün doğulduğu Kastamonuda torpağa tapşırılıb.

“Qafqazinfo” xəbər verir ki, jurnalistlərin diqqətini çəkən məqam isə eyni davada yaralanan mərhumun atası 57 yaşlı Fikrət Tamsezerin oğlunun cənazə namazını mobil telefonla xəstəxanadan izləməsi idi.

Türkiyə mediası da sözügedən fotoya geniş yer ayıraraq qeyri-adi hadisə kimi təqdim edib.