Oğlunun itkisinə dözə bilməyən 71 yaşlı kişi məktub yazıb intihar etdi - Video+Yenilənib

oglunun-itkisine-doze-bilmeyen-71-yasli-kisi-mektub-yazib-intihar-etdi
Oxunma sayı: 2976

Kür çayından meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunun axtarışları başa çatıb.

İ.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

Kürdə meyiti tapılan şəxs intihar etməzdən əvvəl məktub yazıb.

O, həmin məktubda bildirib ki, bir il əvvəl itkin düşən Ziya Abbasovun yoxluğuna dözə bilmədiyi üçün bu addımı atıb.

Daha ətraflı Baku TV-nin süjetində: