Oğlunun şəhidliyinin 8-ci ayında vəfat etdi - Video

oglunun-sehidliyinin-8-ci-ayinda-vefat-etdi
Oxunma sayı: 2930

Vətən müharibəsi şəhidi Fazil Məmmədlinin atası vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa rayon Vurğun qəsəbəsində yaşayan Razim Məmmədli oğlunun şəhidliyinin səkkizinci ayı tamam olan gün dünyasını dəyişib.

Fazil Məmmədli Füzuli döyüşləri zamanı şəhid olub, 2020-ci il oktyabrın 16-da dəfn edilib. Atası Razim Məmmədli uzun sürən xəstəlikdən sonra iyunun 16-da vəfat edib.

Ailə üzvləri atanı onkoloji xəstəxanaya apararkən Fazilin şəhid xəbərini almışdı.

Şəhid Fazil Məmmədli Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

"Qafqazinfo" ötən ilin noyabr ayında şəhidin ailəsindən hazırladığı reportajı təqdim edir: