Oğlunun toyuna hökuməti də dəvət edib

oglunun-toyuna-hokumeti-de-devet-edib
Oxunma sayı: 642

Müğənninin mətbuat katibinin “Qafqazinfo”ya verdiyi məlumata görə, sənətkarın bu xoş gününə dövlət və hökümət nümayəndələri, səfirlər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, bir sözlə tanınmış və nüfuzlu şəxslər dəvətlidirlər. Açıqlamada daha sonra deyilir: «Bildiyiniz kimi, dördüncü hakimiyyət nümayəndələrinə, yəni jurnalistlərə hər zaman böyük hörmət və rəğbətlə yanaşan İlhamə Quliyeva bütün yaradıcılıq planlarını, sənət uğurlarını onlarla sevə-sevə paylaşıb. Lakin sənətkar şəxsi istəyi ilə bu ailə məclisinin qapalı şəraitdə keçirilməsini nəzərdə tutub. Bu səbəbdən də KİV nümayəndələrinin toy mərasimini yerindəcə işıqlandırmasına razılıq verməyib. Odur ki, toy məclisinə yalnız dəvətli qonaqlar buraxılacaqlar. Lakin mərasimdən sonrakı günlərdə toyun ən maraqlı və vacib məqamlarının əks olunduğu görüntülər (foto və video çəkilişlər) böyük məmnuniyyətlə KİV əməkdaşlarına təqdim olunacaq. Ümid edirik ki, İlhamə xanımın bu istəyi jurnalistlər tərəfindən anlayışla qarşılanacaq”.