Hollivud ulduzu Tom Kruz keçmiş xanımı, məşhur aktrisa Nikol Kidmana qadağa qoyub. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 2001-ci ildə boşanan cütlüyün övladı Connorun nikahında anası iştirak edə bilməyəcək.
Buna səbəb Tom Kruzun Nikola toyda iştirakına icazə verməməsidir. Connor 56 yaşlı atasının sözündən çıxmadığı üçün Tomun anasına qoyduğu qadağanı dəstəkləyib.
Bu məqamda bildirək ki, Kidman illərdir ki, evli olduğu dövrdə övladlığa götürdüyü iki övladını görə bilmir. Bunun səbəbi uşaqların atası kimi “Saentologiya” təriqətinə üzv olmasıdır.





Son xəbərlər
Son Xəbərlər