“Qafqazinfo” xəbər verir ki, A. İsmayılov ad çəkmədən Əli Əkbəri xalqı təhqir etməkə itiham edib və ona öz dili ilə cavab verdiyini bildirib. Vəkilin yazısını olduğu kimi təqdim edirik:
“Sovet dövründə çukçalar barəsində çoxlu lətifələr vardı. Onlardan biri təxminən belə idi: “Çukçadan sonuncu dəfə hansı kitabı oxumasını soruşurlar. Çukça cavab verir ki, o, oxucu deyil, yazıçıdır”.
İndi bizdə də bir neçə tanınmış, məhşur yazıçı peyda olub, özləri demişkən “yuxularımızı qarışdıracaq istedadda, savadda, texnikada və zəkada olan çox təvazökar və çox təkəbbürlü zatlardır”. Bunlar Rablenin “Qarqantüa və Pantaqrüel”ini on iki yaşında, rusca oxuyublar. Güman edirlər ki, öldürücü ironiyanın, sarkazmın, alleqoriyanın, giperbolanın, qroteskin nə demək olduğunu yaxşı anlayırlar. İnnovasiyalara yiyələniblər. Su içib, yemək yedikləri qaba tüpürə-tüpürə milləti təhqir edib söyə-söyə öz aləmlərində ona dərs keçməklə məşğuldurlar. İş o yerə catıb ki, artıq onlara millətə dərs demək imtiyazı verənlərin özlərinə söyürlər.
Bu onların daxili işləridir və heç kimə pulsuz vəkillik etmək fikrim də yoxdur. Bu məsələnin fərd olaraq mənə heç bir aidiyyatı olmasa da genəl olaraq onların hərəkətləri mənim hisslərimə toxunduğu üçün vaxtı ilə dediyim fikirləri bir qədər aşağıda yenidən paylaşıram. “Hə, bir də axı özünüz də yaxşı bilirsiniz indi dövlətin başında “pul verim sussunlar” deyən Heydər Əliyev yox, “allah vurub bunları, bir qəpik də görməyəcəklər” deyən İlham Əliyev dayanıb. Pul zad söhbəti çoxdan gedib işinin dalınca, hökumət artıq pul paylamır. Sizə ucunu da göstərən deyil. Bütün bunları yaxşı bilirsiniz, amma adınız üstünüzdə – orqanizmsiniz deyə, ağzınıza gələni danışırsınız”. Yaxşısı budur gedin getdiyiniz yerə, dilinizi də içinizdə saxlayın”.
“Yol böyüyündü” deyən atalarını bəyənməyib qarşılarına keçəni pis yaxşı demədən tövşəyə tövşəyə vurub keçmək istəyənlərin diqqətinə!
Sizlərin doğulub boyabaşa çatdıqınız ölkəni, sizə tərbiyə verıb böyüdənlərı bəyənmədiyinizı anlayışla qarşılayıram, bu sizin seçiminiz və haqqınızdır. Amma sizdən sonra burda qalanları aşaqılamağınızı anlamıram və öz dilinizdə cavab verirəm: “Oğraş İsveçrədə də oğraşdır, onun vətəni olmur". (19 yanvar 2014-cü il)
P.S. Məni tanıyanlar bilir ki, söyüş söyməkdən zəhləm gedir, amma hər kəslə onun öz dili ilə başa düşəcəyi tərzdə danışmasan olmur”.
Son xəbərlər
Son Xəbərlər