Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İlqar Məsumlu, Rizvan Tanrıverdiyev və Fərid Rəsulov tutulular. Müəyyən edilib ki, onlar fevralın 12-də Sülh küçəsində yaşayan Elvin Məhərrəmova məxsus evdən, qapının qıfılını sındırmaq yolu ilə velosiped, uşaq arabası və ərzaq məhsulları, aprelin 21-nə keçən gecə, A.Alı küçəsində yaşayan Səadət İbrahimovaya məxsus, həmin ünvanda yerləşən mağazadan 800 manat, müxtəlif çeşidli mallar oğurlayıb, aprelin 23-nə keçən gecə isə Bəsti Əliyevaya məxsus, Bakıxanov qəsəbəsi Sülh küçəsində yerləşən aptekdən oğurluğa cəhd ediblər.