Oğru qorxusundan villalarına yeraltı tunel tikdirirlər

ogru-qorxusundan-villalarina-yeralti-tunel-tikdirirler
Oxunma sayı: 1963

Dünyaca məşhur cütlük Devid və Viktoriya Bekhem İngiltərənin Kotsvolds bölgəsindəki villasına yeraltı tunel inşa etdirir.

“Qafqazinfo” xəbər verir ki, onlar bu plan çərçivəsində mənzillə qaraj arasında yeraltı keçid, şərab anbarı və təhlükəsizlik klubu tikdirmək niyyətindədir. Məlumata əsasən, Bekhem ailəsi bununla bağlı rəsmi qurumlara müraciət edib.

“Mirror” qəzeti yazır ki, əslində ailə oğru qorxusu səbəbindən malikanələrindən qaçış üçün tunel çəkdirir. Onlar futbolçu Dele Allinin evinə bıçaqlı hücum və Robbi Uilyamsın malikanəsinə edilən basqından sonra bu qərara gəlib.