Oğru və ona narkotik satan narkotacir saxlanıldı - Foto

Oğru və ona narkotik satan narkotacir saxlanıldı
Oxunma sayı: 828

Bakıda oğurluq edən şəxsin üzərindən narkotik aşkar olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ardınca isə ona narkotiki satan şəxs də ələ keçirilib.

Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıblar. Əvvəlcə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün polislər tərəfindən tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,185 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. F.Mehdizadə ifadəsində heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.

Narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Gündüz Tahirov da bölmə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı 3,550 qram heroin, 5 kiloqram 10 qram qurudulmuş marixuana, müxtəlif növ psixotrop dərmanlar, 10 ədəd kultivasiya edilmiş çətənə kolu aşkar edilərək götürülüb. 

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi