Oğrular 58 yaşlı qadını xəstəxanalıq etdilər

ogrular-58-yasli-qadini-xestexanaliq-etdiler
Oxunma sayı: 2009

Gəncədə yaşayış evini soymaq istəyən şəxslər ev sahibini xəstəxanalıq ediblər.

“Qafqazinfo”nun Kəpəz TV-yə istinadən məlumatına görə, naməlum şəxslər Bayan küçəsi ev 183-ə girərək 58 yaşlı Aidə Şəfiyevaya küt alətlə xəsarət yetiriblər. Hadisə şahidlərinin sözlərinə görə, zərərçəkənin səsinə qonşuların gəldiyini görən şəxslər hadisə yerindən qaçıblar. Hazırda ərazidə hüququ mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.

Yaralı Aidə Şəfiyeva Gəncə Şəhər TTYX-a yerləşdirilib, ona alnının, sağ əlinin əziyi və çapılmış yarası diaqnozu qoyulub.