Oğrular yaxalandı

ogrular-yaxalandi-
Oxunma sayı: 638

İyulun 21-ə keçən gecə Bakı şəhər sakini Ayui Bijənə məxsus M.Kazımovski küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə siqaretlər, velosiped və 250 manat oğurlanıb. Nəsimi RPİ 19-cu PB əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakinləri Kamran Şıxəliyev, Nurlan Ömərov, Kənan Alıyev və Coşqun Ələkbərli iyulun 24-də yaxalanıblar.

İyulun 24-ü saat 08:30 radələrində Buzovna qəsəbəsində Bakı şəhər sakini Məmmədhüseyn Hüseynov idarə etdiyi “Mersedes” markalı avtomobillə Ceyran Alıyevanı vurmuş, piyada xəstəxanaya aparılarkən yolda ölüb.


İyulun 21-də Ə.Naxçıvani küçəsi ev 3-ün girişində naməlum şəxs Bakı şəhər sakini Tamilla İmanovaya bıçaqla hədə-qorxu gələrək mobil telefonunu və içərisində 300 manat olan çantasını alıb. Bakı şəhər BPİ CAİ əməkdaşlırının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Bakı şəhər sakini Təhmasib Qasımov iyulun 24-də yaxalanıb.

Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Cahangir Əhmədov iyulun 24-də tutulub.