Oğrular yaxalandı - Kriminal xəbərlər

ogrular-yaxalandi-kriminal-xeberler
Oxunma sayı: 648

Sentyabrın 13-də S.Rüstəmov küçəsində şəxsi münasibətlər zəminində Bakı şəhər sakini Pərviz Hümbətov Ağdam rayon sakini Taleh Muradova bıçaqla xəsarət yetirdiyinə görə Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

***

Sentyabrın 12-də Q.Qarayev prospektində Bakı şəhər sakini Sərxan Nəzərov Özübəy Bəbirovun mobil telefonunu əlindən alıb soyğunçuluq etdiyinə görə Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.

***

Sentyabrın 13-ü saat 18:40 radələrində Binəqədi qəsəbəsində İman Məmmədov idarə etdiyi «VAZ-2107» markalı avtomobili maneyəyə vurmuş və nəticədə sərnişini olan həyat yoldaşı Svetlana Bəşirova ölmüşdür.

***

Mayın 31-dən iyunun 7-dək olan müddətdə Hövsan qəsəbə sakini Cahan Vəliyevanın mənzilindən soyuducu, televizor və başqa əşyalar oğurlanmışdır. Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Lənkəran şəhər sakini Mirsuqra Məmmədova sentyabrın 13-də yaxalanmışdır.

***

Sentyabrın 12-də Yeni Günəşli qəsəbəsində Bakı şəhər sakini Əbülfəz Quliyev «VAZ-21011» markalı avtomobilin dövlət nömrə nişanına dəyişiklik edib idarə edərkən sərnişin Neftçala rayon sakini Bəxtiyar Heydərovla birgə Suraxanı RPİ 33-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, onlar iyul - avqust aylarında Mehman Həmidovun, Nicat Musayevin, Rauf Ovçuyevin və Rəşad Abdullayevin «VAZ-2107», Əliəşrəf Sultanovun «VAZ-2106», Vüsal Abdullayev isə «VAZ-21011» markalı avtomobillərinin ehtiyat təkərlərini və maqnitafonlarını, avqustun 7-də Asəf Behbudov və Eldar Aşurovun, avqustun 30-da isə Kamil Rəşidovun «VAZ-2107» markalı avtomobilərindən isə ehtiyat təkər, səsgücləndirici və digər əşyalar oğulamışlar.