“Qafqazinfo” xəbər verir ki, bu haqda “Kaspi” qəzeti “Rosbalt” agentliyinə istinadən yazıb. Agentlik bu sammitin Ermənistanın Kotayk vilayətində baş tutduğunu bildirib. Rusiya hüquq-mühafizə orqanlarının “vor zakonların” Moskvada toplaşacağı halda hamısını həbs edəcəyinə dair xəbərdarlığından sonra işə nüfuzlu erməni kriminal avtoritet, 2000-ci ildə ölən “Armen Kanevski” ləqəbli Armen Arutyunyanın qardaşı Artyom Arutyunyan qarışıb. Ermənistan hakimiyyətində güclü əlaqələrə malik olan Artyom “sammit”in İrəvandan bir saatlıq məsafədə olan kurort bölgəsi Kotaykda keçirilməsini razılaşdırıb.
Ehtimal edilir ki, erməni kriminal avtoritet məsələni birbaşa prezident Serj Sarkisyan, yaxud onun qardaşı Saşik vasitəsilə həll edib. Çünki Sarkisyanın və qardaşının kriminal dairələrlə ciddi biznes əlaqələri mövcuddur.
Daha sonra Artyom kriminal avtoritetlərin, o cümlədən ötən ilin payızında İspaniya həbsxanasından buraxılan “Şakro Molodoy” ləqəbli Zaxari Kalaşovum Ermənistanda həbs olunmayacaqlarına dair təminat alıb.
“Oğrular”ın Ermənistana toplaşması yerli mətbuat tərəfindən də ciddi qınaqla qarşılanıb. “Armenianreport.com” yazır ki, “faciə ondadır ki, xalq artıq hakim klan tərəfindən müəyyənləşdirilən oğru qaydaları ilə yaşamağa öyrəşib”. Eləcə də, “Ermənistanda “Beynəlxalq forum”, “Zindanda oturmalı olan oğru Ermənistanda hakimiyyət başındadır” başlıqlı məqalələr dərc edilib.
“Ermənistanda “qanuni oğrular” yığıncağının keçirilməsini bu ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyü çərçivəsində birinci vacib hadisə hesab etmək olar”. Bu cümlələr isə Ermənistan mətbuatında dərc olunan “Avrasiya İttifaqına - kriminal ittifaqa xoş gəlmisiniz” başlıqlı məqalədə yer alıb. AİB-nin ələ salındığı yazıda bildirilir ki, Ermənistan hələ bu ittifaqın dəyərli üzvü olmağa vaxt tapmamış, ona fakt və sübutlarla ittifaqdakı əsl yeri göstərildi: “Ermənistanda cinayətkar aləmin böyük beynəlxalq yığıncağı təşkil olundu”.
Son xəbərlər
Son Xəbərlər