Sumqayıtda oğurluq etmək istəyən şəxs cinayət başında ələ keçib.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, yanvarın 23-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsindəki evlərin birindən oğurluğa cəhd göstərən şəxs ev sahibi tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilib.
Araşdırılmalar zamanı onun Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nəzərov olması müəyyən edilib.
Son xəbərlər
Son Xəbərlər