Oğul anasını döyüb öldürdü - Hövsanda

ogul-anasini-doyub-oldurdu-
Oxunma sayı: 3684

Bakıda dəhşətli qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, oğul 78 yaşlı anasını döyərək öldürüb.

Aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan Lidiya Avşarovnanın üzərində döyülmə əlamətləri olan meyiti mənzilində tapılıb.

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.

Murad Əhməd