Oğul məhbus atasına görə prezidentə müraciət etdi

ogul-mehbus-atasina-gore-prezidente-muraciet-etdi-
Oxunma sayı: 1035


 “Qafqazinfo” ya göndərilən müraciətdə bildirilir ki, qondarma ittihamla həbsə atılan Babək Ədalətlinin və onun 28 yaşlı oğlu Bəxtiyarın vəziyyətləri çox ağırdır. “Atam Penitensiar Xidmətin Müalicə Müəsissəsində, qardaşım isə Ağ Ciyər Xəstəlikləri İnstitutunda müalicə olunurlar. Çıxılmaz vəziyyətdə qalmışıq. Ailəmizdə heç kəs işləmir, buna görə də xəstələrimizin yanına da gedə bilmirik. Cənab prezidentə müraciət edərək bildirirəm ki, atam 5 universitet bitirib, elmlər doktorudur. 29 may 2013-cü il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən kobudluqla saxlanılıb, üzərinə narkotika qoyulub, şərlənərək həbs edilib. Atamın iştirakı olmadan evimizdə də qanunsuz axtarış aparılaraq özləri qoyduqları narkotikanı guya taparaq saxtakarlıqla sənədləşdiriblər.Atam 1 həftə DİN BMCMİ-də saxlanılaraq ağır işgəncələrə məruz qalıb . Onun əvəzinə sənədlərə imza edilib Ümumiyyətlə, bu cinayət işinin qondarma, saxta olmasını, atamın ağır işgəncə nəticəsində xəsarət almasını təsdiq edən konkret sübutlar var. Ancaq Bakı Ağır Cinayətlər Məhkəməsi bunları nəzərə almadı 20.05.2014-cü il tarixli hökmü ilə AR CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətində azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilib. Həmin hökmdən atam apellyasiya şikayəti verib bəraət verilməsini, Dövlət İttihamçısı isə apellyasiya protesti verib ona AR CM-nin 234.4.3-cü maddəsi ilə ağır cəza verilməsini xahiş edir. Cənab Prezident, mənim atam onsuzda ağır cəza alıb ki, doğma .gənc övladı ağır yataq xəstəsidir, ailəsi yoxsulluqdan zülm içindədir ,özü isə haqsız həbs edilməklə bir neçə xəstəlikdən əziyyət çəkir. 62-yaşlı ata üçün bundan ağır daha hansı cəza ola bilər ? Mən inanıram ki,siz şəxsən mənim müraciətimi araşdırıb,kömək edəcəksiniz”.