Oğulun şikayəti ilə ata saxlanıldı

ogulun-sikayeti-ile-ata-saxlanildi
Oxunma sayı: 1363


Laçın rayon sakini Talıb Hətəmov fevralın 2-də polisə müraciət edib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov Rayon Polis Şöbəsinə müraciət edərək fevralın 1-də həyətinə gələn atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açmasını bildirib.

Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülüb.

Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açmasını bildirib.

Murad Əhməd