Oğurladığı kassa boş çıxdı - Saxlanıldı

ogurladigi-kassa-bos-cixdi-
Oxunma sayı: 1286

Bakıda bir neçə ay öncə mağazadan oğurluq edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə 2015-ci ilin sentyabrın 24-də Nərimanov rayonu, Azadlıq prospektində baş verib. Bakı sakini 1984-cü il təvəllüdlü Samir Əliyevə məxsus mağazadan kassa aparatı oğurlanıb. Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini 1996-cı il təvəllüdlü Babaxan Heydərli tutulub.

Araşdırma aparılır.

Murad Əhməd