Oğurladığı maşınla qəza törədən şəxs tutuldu

ogurladigi-masinla-qeza-toreden-sexs-tutuldu
Oxunma sayı: 655

Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Seymur Mövlayev fevralın 24-də tutulub.

Fevralın 24-də Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Bohnam Şəkiba tutulub.

Fevralın 24-də naməlum şəxslər Telnov küçəsində Musa Musayevi döyərək 760 manatını və sənədələrini alıblar. Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Həsənov tutulub.

Nəsimi RPİ CAŞ, PPXB və 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, Naxçıvan şəhər sakini Şahin Əliyev və Füzuli rayon sakini Mansur Şükürovun hər birindən 1 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, Ş.Əliyev fevralın 23-də 25 saylı xətt avtobusunda Bakı şəhər sakini Cavanşir Cəfərovun mobil telefonunu oğurlayıb.

Fevralın 24-ü saat 23:30 radələrində Astara rayon sakini Taleh Əkbərov Ələt qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Novruz Əsədova məxsus “VAZ-2107” markalı avtomobili qaçıraraq, qəsəbə ərazisində qəza törədib. Nəticədə, T.Əkbərov və sərnişinləri, Ələt qəsəbə sakinləri Kənan Bədəlzadə, Sabir Səlimov xəsarət alaraq KTM-ya yerləşdirilib.