Oğurladığı maşınla qəza törətdi - Fotolar

ogurladigi-masinla-qeza-toretdi
Oxunma sayı: 1401

Quba rayon ərazisində avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Quba şəhər sakini Əmrah Əmrahov rayonun Alekseyevka kənd sakininə məxsus “Vaz 2106” markalı avtomobili əvvəlcə qaçırıb, daha sonra isə qəza törədərək hadisə yerindən qaçıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Quba RPŞ tərəfindən araşdırmalar aparılır.