“Qafqazinfo” xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən report-a verilən məlumata görə, əməliyyat zamanı 1991-ci il təvəllüdlü Adil Qəzənfər oğlu Məmmədov tutulub. Araşdırma zamanı A.Məmmədovun iki ay ərzində rayon ərazisində ona yaxın maşından oğurluq etdiyi məlum olub. Saxlanılan şəxs maşınların ehtiyat hissələrini, həmçinin salonda olan telefon və qiymətlı əşyaları oğurladığını etiraf edib.
Maraqlı burasındadır ki, A.Məmmədov oğurladığı əşyaları satandan sonra əldə etdiyi pulları Bakıdakı müxtəlif gecə klublarında öz şəxsi əyləncəsi üçün xərcləyib. Əvvəllər də oğurluq etdiyi üçün bir dəfə məhkum olunan A.Məmmədov barəsində cinayət işi başlanılıb, istintaq davam edir.
Son xəbərlər
Son Xəbərlər