Göygöl rayonunda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 13-də Göygöl rayon sakini Məhərrəm Qasımovun yaşadığı evdən 750 manat nağd pul və 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Göygöl RPŞ əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər bir neçə dəfə məhkum olunmuş Həsrət Fərəcov saxlanılıb və o, dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz məlumata görə, H.Fərəcov oğurluq etdikdən sonra Gəncə şəhərinə gedərək pulları içki məclislərində xərcləyib. Qızılları isə ucuz qiymətə sataraq əldə etdiyi pulu tanışı olan qızlarla birgə əyləncəyə xərcləyib.
Son xəbərlər
Son Xəbərlər