Oğurladığı pulları kafe-restoranlarda xərclədi

ogurladigi-pullari-kafe-restoranlarda-xercledi
Oxunma sayı: 1095

Xaçmazda ötən il dekabr ayının sonlarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən 1600 manat pul və məişət avadanlıqları oğurlayan şəxs saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, araşdırmalarla onun rayon sakini, 23 yaşlı Cavid Xanbabayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evlərə qanunsuz daxil olaraq oradan zərərçəkmişlərə məxsus pul və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi pulları kafe və restoranlarda xərcləyən cinayətkar, avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Bir ədəd televizor isə polis əməkdaşları tərəfindən C.Xanbabayevin evindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.