Cəlilabad rayonunda evdən oğurluq edən şəxslər saxlanılıb.
“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, rayonun M.Quliyev küçəsində yaşayan B.Şahbazovun evindən elektrik generatoru, videomaqnitofon, rəqəmsal peyk aparatı, kompüter monitoru, səsgücləndiricilər, həmçinin digər məişət əşyaları oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Cahid Kazımov və Nizami Mahmudov saxlanılıb. Şübhəli şəxs qismində tutulmuş C. Kazımovun yaşadığı Cəlilabad şəhərinin M.Hadi küçəsində yerləşən evə keçirilən baxış zamanı oğurlanmış əşyalar aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır

Son xəbərlər
Son Xəbərlər