Oğurladıqları maşını satdılar

ogurladiqlari-masini-satdilar
Oxunma sayı: 1075

Bir müddət öncə oğurlanan maşın Cəlilabad rayon sakininin həyətindən tapılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə tutulan Tahir Abdinovun və Natiq Muradovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Masallı RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların Şamil Hüseynova məxsus qaçırdıqları “VAZ-2107” markalı avtomobili Cəlilabad şəhər sakini Fadil Fərziyevə satmaları müəyyən edilib.

F.Fərziyevin yaşadığı evin həyətinə baxış zamanı qeyd edilən avtomobil aşkar edilərək götürülüb.

Murad Əhməd