Oğurladıqlarını instaqramda satışa çıxardı, tutuldu

Oğurladıqlarını instaqramda satışa çıxardı, tutuldu
Oxunma sayı: 1458

Sabunçu rayonunda 6 evdən oğurluq edərək əldə etdiyi qiymətli əşyaları instaqram sosial şəbəkəsində satan şəxs saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan paytaxt sakini Səbuhi Hüseynovun evindən oğurluq edilib. Zərərçəkən bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb. Eyni zamanda həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.

Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini instaqram sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Elşən İsayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi