Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini R.Şahbazlı fevralın 20-də saat 8 radələrində D.Əliyeva küçəsindən “Niva” markalı avtomobilinin qaçırıldığını bildirib.
DİN Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş F.Əsədov qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Qeyd edilən avtomobil polis əməkdaşları tərəfindən Maştağa qəsəbəsi ərazisindəki bağ evlərinin birinin həyətində aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər