Dünyaca məşhur anonim küçə rəssamı Benksinin Londonun mərkəzindəki Qrov İncəsənət Qalereyasından oğurlanmış “Qırmızı Şarlı Qız” əsəri tapılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
Polisdən verilən məlumata görə, oğurluq hadisəsi sentyabrın 8-i axşam saatlarında baş verib və qalereyadan yalnız bu tablo oğurlanıb.
47 yaşlı Larri Freyzer və 53 yaşlı Ceyms Lavıyaşlı adlı iki kişi oğurluqda ittiham olunaraq saxlanılıb, daha sonra zaminə buraxılıblar.
Onların oktyabrın 9-da hakim qarşısına çıxacaqları bildirilib.
Qeyd edək ki, Benksi “Qırmızı Şarlı Qız” qraffitisini ilk dəfə 2002-ci ildə Londonun mərkəzi küçələrində çəkib.
2018-ci ildə əsərin bir nüsxəsi 1,4 milyon dollara satılıb, lakin çərçivədə gizlədilən kağız parçalayıcı tərəfindən yararsız hala salınıb. Parçalanmış əsər 3 il sonra 25,4 milyon dollara satılıb.
Hadisənin görüntülərini təqdim edirik: