İyulun 1-nə keçən gecə paytaxtın Nizami rayonunun Naxçıvanski küçəsindəki mağazalardan birindən Rayon Mühafizə İdarəsinə “həyəcan” siqnalı daxil olub.
“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, dərhal hadisə yerinə gəlmiş polis əməkdaşları tərəfindən pəncərə şüşəsini sındıraraq oraya girmiş Oğuz rayon sakini Seymur Çələbiyev saxlanılaraq 24-cü PB-yə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər