Mingəçevir şhəərində mənzilə girib ev sahibinin qızını bıçaqla hədələyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 2-də saat 3.00 radələrində naməlum şəxs Mingəçevir şəhərində yaşayan Etibar Mehdiyevin evinə pəncərədən girib.
Qarət məqsədilə axtarış apararkən səs-küyə ev sahibinin qızı Sənəm oyanıb. Həmin şəxs qızı bıçaqla hədələyib oradan mobil telefon aparıb.
Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini Elman Qurbanov tutulub.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər