Oğurluğa görə tutuldu, digər cinayətləri üzə çıxdı

ogurluga-gore-tutuldu-diger-cinayetleri-uze-cixdi
Oxunma sayı: 735

Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev “Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin və metamfetamin də aşkar edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən edilib. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkar edilərək götürülüb.

Araşdırma aparılır.