Oğurluq edənin evindən silah çıxdı

ogurluq-edenin-evinden-silah-cixdi
Oxunma sayı: 1500

Hacıqabul rayonu Nəvahı qəsəbə sakini Z.Əhmədovun evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlanıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov saxlanılıb. Onun evində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan “Naqan” markalı tapança da aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Murad Əhməd