Oğurluq edənlər saxlanıldı

ogurluq-edenler-saxlanildi
Oxunma sayı: 737

Paytaxtın Yasamal rayon ərazisində evlərdən oğurluq edən şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, fevralın 10-da H.B.Zərdabi prospektindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evlərin birindən 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Adıgözəlov saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin Bakı şəhər sakini R.Məmmədovanın çantasından içərisində 300 manat, 200 avro və 30 lirə olan pulqabısını oğurlaması da müəyyən edilib.