Oğurluq edərkən canlı yayıma düşdü - Video

ogurluq-ederken-canli-yayima-dusdu
Oxunma sayı: 5244

Yunanıstanın “Ehmera” televiziya kanalı canlı yayım zamanı bir şəxsin yaşlı qadını soymasını təsadüfən lentə alıb. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə Afina şəhərinin çimərliklərindən birində baş verib. 

Belə ki, dənizdə üzməyə hazırlaşan yaşlı qadın oğrunun hədəfinə çevrilib. 

Həmin an təsadüfən kameralar tərəfindən lentə alınarkən, oğrunun qadının boynundakı boyunbağısını oğurladığı və sürətlə hadisə yerindən qaçdığı görüntülənib.

İddialara görə, qadının boyunbağısını oğurlayan şəxs qaçqın olub.

Sözügedən hadisə qısa müddət ərzində sosial şəbəkələrdə sürətlə yayılıb. Bəzi sosial şəbəkə istifadəçiləri hadisənin öncədən qurulma bir səhnə olduğunu da iddia ediblər.

Həmin görüntüləri təqdim edirik: