Oğurluq etdi, cəmi 6 manat çıxdı...

ogurluq-etdi-cemi-6-manat-cixdi
Oxunma sayı: 812

Bakıda həmcinsini döyərək pulqabısını oğurlayan şəxs tutulub.

"Qafqazinfo" DİN-in saytına istinadən xəbər verir ki, iyunun 4-də saat 20 radələrində paytaxtın Nizami rayonu ərazisindəki evlərdən birinin girişində 2 naməlum şəxs Bakı şəhər sakini Yeganə İsayevanı döyərək içərisində 6 manat və bankomat kartları olan pulqabısını alıb qaçarkən, Y.İsayeva səs-küyə gələn bina sakinləri ilə birgə onlardan birini tutaraq 25-ci Polis Bölməsinin əməkdaşlarına təhvil verib.

Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini Səidə Kərimova olması müəyyən edilib.

Nizami RPİ tərəfindən digər şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirlər davam etdirilir.