Oğurluq etdikdən 1 gün sonra qəzada öldü – - Sumqayıtda

ogurluq-etdikden-1-gun-sonra-qezada-oldu-
Oxunma sayı: 1016


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, Azər Paşayevə məxsus sexdən noutbuk və ehtiyyat hissələri oğurlanıb.

Hadisənin şəhər sakinləri Vüsal Həsənli və Vəfadar Ələkbərov tərəfindən törədilməsi müəyyən edilib. 

V.Həsənli tutulub, V.Ələkbərovun isə avqustun 3-də yol qəzasında öldüyü bəlli olub.

Qeyd edək ki, həmin qəza Sumqayıt şəhərinin Sülh küçəsində baş vermişdi. Qəza nəticəsində sərnişinlərdən Ələkbərov Vəfadar Abuzər oğlu yerindəcə dünyasını dəyişmiş, 3 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi. 

Murad Əhməd

“Qafqazinfo”