Oğurluq etdiyi mağazanı yandırmaq istədi

ogurluq-etdiyi-magazani-yandirmaq-istedi
Oxunma sayı: 845

Gəncədə oğurluq etdiyi mağazanı yandırmaq istəyən şəxs sqaxlanılıb.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 2-də Gəncə şəhər sakini Ərşad Zərgərova məxsus mağazadan 300 manat, spirtli içki və tütün məmulatı oğurlayan naməlum şəxs oranı yandırmağa cəhd göstərib.

Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gəncə sakini, əvvəllər məhkum olunmuş Azər Zeynalov tutulub.

Murad Əhməd