Oğuz Çətin yenidən “Xəzər Lənkəran”ın düşərgəsində

oguz-cetin-yeniden-xezer-lenkeranin-dusergesinde
Oxunma sayı: 1174


Axşam saatlarında “Xəzər Lənkəran”ın qaldığı "Crystal Tat Beach Hotel"ə təşrif buyuracaq Çətin klub rəhbərliyi, məşqçi və futbolçularla görüşəcək. O, Antalyanı sabah tərk edəcək.

Qeyd edək ki, Çətin məşqçilik karyerası ərzində “Fənərbağça”, “Kayseri Erciyesspor”, “Gənclərbirliyi” və “Diyarbakırspor” klublarında, həmçinin Türkiyə yığmasında işləyib. Onun gedişindən sonra “Xəzər Lənkəran” Elbrus Məmmədova həvalə edilib.