Oğuzda 6 yaşlı uşağı maşın vurdu

oguzda-6-yasli-usagi-masin-vurdu
Oxunma sayı: 2132

Dünən saat 23 radələrində Oğuz rayonunun Qumlaq kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Valeh Şərifov idarə etdiyi “QAZ-3110” markalı avtomobillə piyada, 2017-ci il təvəllüdlü A. Abbasovu vurub. 

Azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.