Oğuzda canavar kəndə hücum edib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Xaçmaz kəndinə girən canavar əvvəl mal-qaraya, daha sonra isə kənd sakinlərinə hücum çəkərək onları yaralayıb.
Nəticədə ikisi yeniyetmə olmaqla, 4 nəfər xəsarət alıb.
Bunlar kənd sakinləri 15 yaşlı Namiq Bəkirov, onun həmyaşıdı Tural Məmmədnəbili, 57 yaşlı İbrahim İslamov və 57 yaşlı Mahirə Məmmədovadır.
Yaralılara quduzluq əleyhinə iynə vurulub, müalicələri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər