Oğuzda dağlıq ərazidə yanğın - Yenilənib

oguzda-dagliq-erazide-yangin
Oxunma sayı: 1086

Oğuz rayonunda, dağlıq ərazidə yanğın baş verib.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın söndürülüb.

"Qafqazinfo" xəbər verir ki, yanğın nəticəsində 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.